Ötən ayın 25-də "Yeni Müsavat"ın reportyoru Fərahim İlqaroğlunu yaşadığı binanın girəcəyində döyənlərdən ikisi yaxalanıb. Bu barədə musavat.com-a polis orqanlarından xəbər verilib. Onlardan biri - Feyruz Pişşari adlı şəxs idmanşıdır, digəri isə ona dəstək verənlərdən biridir.
Əldə etdiyimiz məlumata görə, polis orqanları hələlik yaxalanan şəxslər barədə məlumat yaymayıb, ancaq gün ərzində rəsmi açıqlama ilə çıxış edə edə bilər.
Qeyri-rəsmi olaraq əldə etdiyimiz xəbərə görə, F.İlqaroğlunu cüdo fəndləri ilə yerə yıxaraq döyən şəxs bu cinayəti ilə bağlı ziddiyyətli ifadələr verib. Lakin istintaq nəticəsində məlum olub ki, o, aldığı sifariş əsasında jurnalisti döyüb. İstintaqa isə deyib ki, özü də bilmir ki, F. İlqaroğlunu nəyə görə döyüb. Musavat.com-a Feyruza jurnalisti döyməyi sifariş verənin kimliyi məlumdur, hazırda onun yaxalanaması üçün əməliyyat aparılır. Bu səbədən də təfsilatlı məlumat yaya bilmirik.
Onu da qeyd edək ki, əməkdaşımız həmin hücum zamanı ciddi xəsarət almışdı və bu məsələ daxili işlər nazirinin nəzarətində idi.
Cinayət hadisəsi jurnalistin avtomobilinin video-qeydedicisinə düşməsi səbəbindən, ortada aydın görünən video-çəkiliş var.
Musavat.com
[media=http://www.youtube.com/watch?v=GO6FqgRMP1o]