ATƏT sədri Azərbaycan və Ermənistan prezidentlərini birbaşa təmasa çağırdı

27-01-2015, 19:17   
ATƏT sədri Azərbaycan və Ermənistan prezidentlərini birbaşa təmasa çağırdı
ATƏT-in yeni icraçı sədri, Serbiyanın xarici işlər naziri İviça Daçiç erməni işğalçı qoşunları ilə təmas xəttində son vaxtlar yaşanan gərginlikdən narahat olduğunu bildirib.

Musavat.com-un xarici informasiya qaynağına istinadən verdiyi məlumata görə, tərəfləri atəşkəs rejimini tam təmin eləməyə, vəziyyəti daha da gərginləşdirən addımlardan çəkinməyə çağıran təşkilat sədri son qarşıdurmalar nəticəsində insan ölüm ilə bağlı təəssüfünü dilə gətirib.

Onun sözlərinə görə, təkcə prezidentlər səviyyəsində birbaşa təmaslar deyil, başqa səviyyələrdə təmaslar da tərəqqi əldə eləməyin əsas aspekti olaraq qalmadadır. “2014-cü ildə Azərbaycan və Ermənistan prezidentləri arasında Soçidə, Nyuportda və Parisdə baş tutan görüşlər bu yöndə müsbət addımlardır. ATƏT birbaşa təmaslara yardımçı olmaqda davam edir, lakin məhz tərəflər atəşkəsi gözləyə bilərlər və gözləməlidirlər” - əlavə edib ATƏT sədri.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.