Daha bir ölkə Rusiya Prezidenti Vladimir Putinin 9 may faşizm üzərində qələbənin 70-ci ildönümü ilə bağlı keçiriləcək tədbirə dəvətindən imtina edib.
Axar.az xəbər verir ki, Latviya Prezidenti Andris Berzinş 9 mayda Moskvaya gəlməkdən imtina edib.
Berzinşin Moskvaya gəlməkdən imtinasının səbəbi Ukraynanın şərqində baş verən olaylardır.
Qeyd edək ki, bundan əvvəl, Litvanın Baş naziri Daliya Qribauskayte də dəvətdən imtina etmişdi.