Bu filmlər bir çox ölkələrdə dövlət tərəfindən qadağan olunsa da tamaşaçılar tərəfindən yüksək ilgi görüb. İnternetdə göstərilən filmlərin bazasında ən yüksək bal alan bu yasaqlanmış filmlərin sıralaması bu cürdür.
10) “Avtomatik portağal” (1971)
Yasaqlandığı ölkələr : İrlandiya, İngiltərə, Sinqapur, Malayziya, Cənubi Koreya, İspaniya
Antoni Burgessin romanı əsasında çəkilmiş film. Aleks adında gəncin zaman keçirmək üçün kriminal dəstələrlə bərabər törətdiyi cinayətlərdən sonra yaxalanması və beyninin təmizlənərək cəmiyyətə qazandırılması haqdadır. İnsanın dəyər mühakiməsini alt-üst edən bir kitabın filmə tətbiqi xeyli narahat edici görüntülər ortaya çıxarıb.
9) “Brayanın həyatı” (1979)
Hollivudun dini filmlərinin parodiyası məqsədilə hazırlanmış filmdir. Bəzi ölkələrdə dini dəyərləri ələ saldığı üçün yasaqlanıb. Lakin irəliləyən zamanlarda bu film sevilən bir film olaraq kino tarixində öz yerini alıb.
Yasaqlandığı ölkələr - Norveç, Singapur, İrlandiya
8) “Şeytan” (1973)
Saysız mükafatlar alan “Şeytan” filmi İngiltərə, Malayziya və Singapurda rəsmən qadağan olunub. Filmdəki dəhşət dolu səhnələrə görə bütün dünyada tənqid edilən film heyətinin başına qəribə işlər gəlib. Çəkimlər vaxtı, iki dəfə studiya yanıb, işıqçı və görüntü köməkçisi ölüb, üç nəfər infarkt olub, baş rol oyunçusu Reganı canlandıran Linda Bleyr yataqdan düşərək qolunu qırıb.
7) “Qulyabanılar” (1932)
ABŞ-da çəkilmiş bir film. Rejissor kostyum və makiyaj işlətməkdənsə həqiqi fiziki qüsurları olan insanları aktyor heyətinə toplayıb və film çəkilib. Nəticədə film bu tip insanlardan sui-istifadə edilməsi düşüncəsilə bəzi ölkələrdə etirazlara səbəb olub.
6) “Texas qətliamı” (1974)
Yasaqlandığı ölkələr: Finlandiya, İngiltərə, Brazilya, Avstraliya, Almaniya, Çili, İslandiya, İrlandiya, Norveç, Sinqapur, İsveç.
Film gerçək bir hadisədən təsirlənərək çəkilib. ABŞ-da 1947 və 1957 tarixləri arasında Ed Geyn tərəfindən işlənilən cinayətlər filmə ilham mənbəyi olub. Onu da qeyd edək ki, sözügedən qatilin evindən insanın müxtəlif bədən üzvlərindən hazırlanan əşyalar tapılıb. Filmin qan və dəhşətlə dolu səhnələri çox gerçəkçi göründüyündən bir çox ölkələrdə qadağan olunub.
5) “Pis ruh” (1981)
Yasaqlandığı ölkələr: Malayziya, İngiltərə, Qərbi Almaniya (1984), İsveç, İslandiya, İrlandiya, Sinqapur.
Film yaranandan içindəki vəhşət və dəhşət dolu səhnələr çox mübahisəli idi. Avropalı bir firma tərəfindən qəbul edilənə qədər ABŞ-da bütün film yayan firmalar tərəfindən rədd edilmişdi. Günümüzdə klassik bir qorxu filmi kimi dəyərləndirilir.
4) “Soldakı son ev” (1972)
Yasaqlandığı ölkələr: İngiltərə, Sinqapur, İslandiya, Yeni Zellandiya, Norveç, Almaniya, Avstraliya
Film içindəki şiddət və seksual xarakterli səhnələrə görə bir çox film mütəxəssisləri tərəfindən qəbul edilmir. Üzərində bir çox araşdırılmalar aparılan film bəzi ölkələrdə qadağan olunmuş filmlər siyahısına daxil edilib.
3) “Məzarına tüpürəcəm” (1972)
Yasaqlandığı ölkələr: Finlandiya, Avstraliya, Çin, Norveç, İrlandiya, İngiltərə
Film 2010-cu ildə “Taym” jurnalı tərəfindən ilin ən vəhşi 10 filmi siyahısına girib. Tam anlamıyla bir intiqam filmidir. Zorlanan bir qızın gerçəkləşdirdiyi dəhşətli işgəncə səhnələri üzərində qurulub.
2) “Salo, ya da Sodomun 120 günü” (1975)
Yasaqlandığı ölkələr: İtaliya, Finlandiya, Avstraliya, Almaniya, Yeni Zellandiya və Norveç.
Film göstərildiyi tarixdən bu yana şiddət və sadizm dozasının çox olması səbəbilə mübahisə yaradıb və indiyə qədər çəkilmiş ən narahatedici film kimi dəyərləndirilib. Bir çox ölkədə göstərilməsi bu gün də qadağandır. Filmin rejissoru Pasolini döyülərək öldürülüb.
1) “Hannibal Holokost” (1980)
Yasaqlandığı ölkələr - Sinqapur, Avstraliya, Norveç, Finlandiya, Malayziya, İrlandiya, İtaliya və İngiltərə.
Film istismar filmlərinin ən tipik örnəklərindən biridir. Yasaqlanmasının səbəblərindən biri filmdə öldürülən insanların gerçəkdən öldürülmüş olmasıyla bağlı yayılan söz-söhbətlər və onlarla heyvanın kamera qarşısında məhv edilməsi olub. Filmin rejissoru Deodato həbs edilib.