ABŞ generalı Ukraynanı silahlandırmağa çağırdı

28-01-2015, 00:51   



Rusiyanın Ukraynaya təcavüzü yeni sanksiyaların tətbiqi və Ukrayna ordusunun gücləndirilməsi yolu ilə dayandırılmalıdır. Əgər bu baş verməsə, Baltikyanı ölkələr də zərər çəkəcək.

Axar.az xəbər verir ki, bunu ABŞ Senatının dinləmələrində iştirak edən Quru Qoşunlarının generalı Con Kin deyib.

“Rusiyanın indiki davranışı onu göstərir ki, onun 2008-ci ildə Gürcüstana qarşı kampaniyası çərçivədən çıxma deyil, regional sabitliyi formalaşdırmaq üçün ilkin səydir”, - general bildirib.

Onun sözlərinə görə, Moskva soyuq müharibədən sonra formalaşdırılan Avropa xəritəsini qəbul etmir, amma ABŞ da real addımlar atmalıdır.

“Neftin qiymətinin dramatik şəkildə düşməsindən sonra Rusiya iqtisadiyyatı ziyan çəkir. Əlavə sanksiyalar onu Ukraynanın işğalından əl çəkməsi üçün stol arxasına qaytara bilər”, - Con Kin deyib.

General eyni zamanda bildirib ki, ABŞ Ukraynaya silah yardımı ilə bağlı qərarlı hərəkət etməlidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.