Peyğəmbərin sarayı tapıldı

7-05-2014, 10:49   
Peyğəmbərin sarayı tapıldı
"Hər şey İncildə yazılanlarla mükəmməl səviyyədə paraleldir”
İsrailli arxeoloq Eli Şukron 19 illik qazıntıdan sonra Davud peyğəmbərin sarayını tapdığını iddia edib.

Şukron daha əvvəl də bu sarayı tapdığını iddia edən arxeoloqlar kimi, araşdırmaların İncildə yazılan ifadələr işığında aparıldığını deyib.

Şukron iddialarını doğrulayacaq qüvvətli dəlillər olduğunu desə də, daha əvvəl bu istiqamətdə araşdırma aparan arxeoloqlar tapılan əşyaların hələ güclü dəlil ola bilməyəcəyini açıqlayıb.

“Bu yer həzrəti Davudun sarayıdır. Bu yer Zionun qalasıdır. Bu yer həzrəti Davudun İuseevdən aldığı aldığı yerdir. Hər şey İncildə yazılanlarla mükəmməl səviyyədə paraleldir”, - deyə Şukron bildirib.

Arxeoloqlar arasında həzrəti Davudun Qüdsün hansı tərəfini fəth edərək saray tikdirməsi məsələsində fikir müxtəlifliyi olsa da, bəzi tarixçilər Davud peyğəmbərin tarixi bir obraz olduğuna inanır.

Qeyd edək ki, həzrəti Davud Qurani Kərimdə adı çəkilən 25 peyğəmbərdən biridir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.