Avropa Birliyi ölkələri Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması barədə razılığa gəliblər.
Axar.az xəbər verir ki, ötən ilin martında tətbiq edilmiş sanksiyaların müddətinin bu ilin dekabrına qədər artırılması barədə qərar verilib.
Bundan əlavə, Avropa Birliyi neft və qaz sahəsində Avropanın maliyyə və texnologiya bazarlarına Rusiya şirkətlərinin girişinə məhdudiyyətlər yarada bilərlər. Həmçinin Avropa birjalarında Rusiyanın dövlət istiqrazlarının yerləşdirilməsinin qadağan edilməsi müzakirə edilir.
Növbəti görüş zamanı isə Avropa diplomatları SWIFT sistemindən Rusiyanın çıxarılmasını müzakirə edəcəklər.
Xatırladaq ki, iqtisadçılar Rusiya banklarının beynəlxalq əməliyyat sistemi olan SWIFT-dən çıxarılacağı təqdirdə Rusiya iqtisadiyyatının iflic olacağını bildirirlər.