Leyla Yunusun qızı AŞPA prezidenti ilə görüşüb

29-01-2015, 00:25   


Yanvrın 28-də həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun qızı Dinarə Yunus Avropa Şurası Parlament Assambleyasının prezidenti Enn Braserlə görüşüb. Bu haqda AzadlıqRadiosuna Dinarə Yunusun özü məlumat verib: “Strasburqda görüşdük. Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müzakirə apardıq. Valideynlərimin saxlanma şəraiti, səhhəti ilə bağlı danışdıq”. Yanvarın 28-də Enn Braser özünün tvitter səhifəsində Azərbaycanda insan haqları ilə bağlı vəziyyətinin pisləşməsindən narahat olduğu haqda yazıb: “Mən Azərbaycanda insan haqlarının pisləşməsindən ciddi narahatam və Azərbaycan hakimiyyətini bir daha öhdəliklərinə hörmət etməyə çağırıram”.
Dinarə Yunusun atası Arif və anası Leyla Yunuslar hazırda həbsdədirlər. Onlar vətənə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar. Yunuslar ittihamı qəbul etmir, həbslərini siyasi sifariş sayırlar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.