Putin edamı geri qaytarır

29-01-2015, 23:08   
Putin edamı geri qaytarır
Rusiya bu ilin sonuna qədər Avropa Şurası Parlament Assambleyasını tərk etdikdən sonra Rusiyanın Assambleyaya üzv olmaq üçün imtina etdiyi bir sıra öhdəliklərini geri qaytaracaq.

ANS PRESS-in məlumatına görə, bunu Rusiya Dövlət dumasının vitse spikeri İqor Lebedev deyib.

Lebedev bildirib ki, Rusiya 1996-cı ildə Avropa Şurasına daxil olmaq üçün ölüm hökmünü ləğv etmişdi.

"Rusiyanın AŞPA-dakı nümayəndəsinin fəaliyyəti bu ilin sonuna qədər dayandırıldı. Rusiya Avropa Şurasına üzvlükdən də çıxarılsa rəsmi Moskva vaxtilə ləğv etdiyi kökmləri geri qaytaracaq. Məsələn, ölüm hökmünü", deyə Lebedev bildirib.

Qeyd edək ki, ötən gün Avropa Şurası Parlament Assambleyasının komissiya iclasında Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin qurumun aprel sessiyasına qədər dondurulması qərarı verilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.