Kişinin soyundurulub vəhşicəsinə döyülməsi ilə bağlı

7-05-2014, 11:50   
Kişinin soyundurulub vəhşicəsinə döyülməsi ilə bağlı
Dünən KİV-də yayılan və bir qrup şəxsin 30-35 yaşlı şəxsi alçaldıcı formada döyməsini əks etdirən video-kadrlarla bağlı Lent.az araşdırma aparıb.

Əldə etdiyimiz məlumata görə, hadisə bir neçə ay əvvəl Tərtər rayonunda baş verib.

Tərtər rayon Polis Şöbəsində faktla bağlı Cinayət Məcəlləsinin 133.2.3-cü (İşgəncə vermə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə iş başlanılıb. Bəlli olub ki, bəzi məlumatlardakı kimi həmin şəxs dostunun arvadı ilə intim-münasibətdə olmayıb. Qadının həyat yoldaşı və yaxın qohumu 35 yaşlı M.A-nın həmin xanımla telefonla danışmasını müəyyən ediblər. Daha sonra onlar M.A-nı görüşə çağırıblar və Tərtər şəhəri yaxınlığındakı kimsəsiz yerə aparıblar. Burada onu amansızlıqla döyüb təhqir edən şəxslər etdikləri əməli telefonla lentə alıblar.

Araşdırmalarımız nəticəsində o da bəlli oldu ki, M.A-nın girov saxlanması, atasından 40 min manat tələb edilməsi xəbərləri də əsassızdır.

Əldə etdiyimiz məlumata görə, fakta görə, iki nəfər cinayət məsuliyyətinə cəlb edilib və onlar saxlanılıb. Daha sonra hər iki şəxs polis nəzarətində olmaqla sərbəst buraxılıb. Faktla bağlı başlanmış cinayət işinin materialları isə aprelin 19-da Tərtər rayon Məhkəməsinə göndərilib. Hazırda iş məhkəmədə baxış mərhələsindədir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.