AŞPA-da hakimiyyəti sərt tənqid edən qətnamə qəbul olunub

30-01-2015, 01:37   
AŞPA-da hakimiyyəti sərt tənqid edən qətnamə qəbul olunub

Yanvarın 29-da AŞPA-da Avropada “Mətbuat azadlığının müdafiəsi haqqında” qətnamə müzakirə olunub. Azərbaycanda müstəqil jurnalistlərə qarşı hücumlar, hökumətin tənqidçi səsləri susdurmaq üçün istifadə etdiyi üsullar, ötən il baş verən olaylar qətnamədə öz əksini tapıb. Qətnamənin qəbul edilməsi ilə bağlı səsvermə keçirilib. AŞPA üzvlərinin 78-i qətnamənin lehinə, 3 nəfər əleyhinə səs verib, 6 nəfər bitərəf qalıb. Səsvermənin nəticələri AŞPA-nın rəsmi saytında yerləşdirilib. Səsvermənin nəticələri ilə tanış olduqda bəlli olur ki, Azərbaycan nümayəndə heyətindən heç kim səsvermədə iştirak etməyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.