“Rusiya Ermənistanda konstitusiya islahatlarının aparılmasına icazə verib”.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, Kreml Sərkisyana Ermənistanda parlament idarəçiliyi sisteminə keçməyə razılıq verib.
Sərkisyanın bu barədə fevralın sonunda ictimaiyyətə məlumat verəcəyi gözlənilir.
Bildirək ki, Sərkisyan parlament idarəçiliyi sisteminə keçmək üçün ötən ilin noyabrından bu yana Rusiyanı razı salmağa çalışırdı.
Qeyd edək ki, Ermənistan parlament idarəçiliyi sisteminə keçərsə, prezident parlament tərəfindən 7 il müddətinə seçiləcək və həmin şəxsin təkrar dövlət başçısı seçilmək hüququ olmayacaq.