Ukraynanın Slavyansk şəhəri yaxınlığında döyüş gedir. Bu barədə Ukrayna Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, Dmitri Tımçuk özünün Feysbuk səhifəsində məlumat verib. "Slavyansk ətrafında döyüş gedir. Səhərə yaxın bir qrup terrorçu şəhəri tərk etməyə cəhd göstərib. Bu cəhdin qarşısı güc strukturları tərəfindən alınıb. Hazırda blok-postlardan birində qarşıdurma davam edir". Tımçuk bildirib ki, hazırda Ukraynanın güc strukturları arasında itki yoxdur. Separatçılar arasında itkilərin olması ilə bağlı da məlumat verilmir.