“Rusiya NATO-su”nun baş katibi: “Qarabağa müdaxilə edə bilmərik”

30-01-2015, 19:24   
“Rusiya NATO-su”nun baş katibi: “Qarabağa müdaxilə edə bilmərik”
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Dağlıq Qarabağla bağlı mövqeyi aydın şəkildə ortaya qoyulub.

Musavat.com-un məlumatına görə, belə bir açıqlamanı qurumun baş katibi Nikolay Bordyuja bugünkü mətbuat konfransında erməni jurnalistin sualını cavablandırarkən verib.

“2014-cü ildə KTMT öz bəyanatlarında bu məsələyə toxunub. O cümlədən Kollektiv Təhlükəsizlik Şurası səviyyəsində münasibət bildirilib”, - deyə o qeyd edib. Bordyuja məsələnin ötən ilin avqustunda, Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşündə də müzakirə olunduğunu xatırladıb.

Onun sözlərinə görə, təşkilat bu məsələyə hərbi üsullarla reaksiya verə bilməz, çünki bu, Kollektiv Təhlükəsizlik Şurası anlayışının mahiyyətinə ziddir. “Bu yanaşmaya görə, Dağlıq Qarabağ problemi müstəsna olaraq dinc vasitələrlə, güc tətbiq edilmədən yoluna qoyula bilər. Bu mövqe dəfələrlə səslənib” - əlavə edib baş katib.

Bordyuja bununla Dağlıq Qarabağın coğrafi ərazi kimi KTMT-nin məsuliyyət zonasına daxil olmadığını bir daha ortaya qoymuş olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.