Putinin Krıma quru yolu təmin etmək planı böyük müharibənin başlanması deməkdir. Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın BMT-dəki daimi nümayəndəsi Yuri Sergeyev deyib. Nyu Yorkda keçirdiyi mətbuat konfransında Sergeyev bildirib ki, Mariupola daimi hücum bu planın mövcudluğunu təqdiqləyir: “Krıma quru yolu – çox təhlükəli perspektiv deməkdir. Çünki Mariupoldan Krıma qədər Zaporojye və Xersinsk vilayətləri var”. Buna görə də Putinin bu planının böyük müharibəyə səbəb olacağını bildirən Sergeyev Kiyev hakimiyyətinin məsələni bu mərhələdə həll etməyə maraqlı olduğunu deyib: “Yoxsa çoxlu qan axacaq”.