ABŞ Administrasiyası hesab edir ki, təzyiqlərin gücləndirilməsi Rusiyanı Ukrayna siyasətini dəyişməyə vadar edəcək. Axar.az xəbər verir ki, bu barədə Ağ Ev təmsilçisi Coş Ernest deyib. O, Rusiya Bankının bu gün rublu qorumaq üçün faiz dərəcələrini 17 faizdən 15 faizə endirməsi qərarını şərh etməyib. Əksinə, Rusiya Mərkəzi Bankının faiz dərəcələrini milli valyutanı qorumaq üçün qaldırması məsələsinə toxunub və dekabrda 10,5 faizdən 17 faizə qaldırılma qərarına münasibət bildirib: “Düşünürəm ki, bu, beynəlxalq sanksiyaların Rusiya iqtisadiyyatına təsirinin mənzərəsidir. İnanırıq ki, sanksiya təzyiqlərinin gücləndirilməsi Putini strategiyasını dəyişməyə vadar edəcək”. -