Donbassdakı separatçı hərəkatın arxasında milyarder Rinat Axmetov dayanır. Bu barədə “Ostrov” internet-nəşrinin baş redaktoru Serqey Qarmaş bildirib. Onun sözlərinə görə, Axmetov bunu Kiyevdəki mərkəzi hökumətlə alver etmək üçün edir. Əslində isə Donbassın Ukraynadan ayrılması ona sərf etmir, çünki çox şey itirə bilər: “Bundan ən çox kim itirə bilər? Əlbəttə ki, Axmetov. Amma Axmetov separatçıların zərərsizləşdirilməsi üçün heç nə etmir. Niyə? Axmetovdan asılı olan yerli hakimiyyət orqanları da separatçılara müqavimət göstərmək üçün heç nə etmir”. O, bildirib ki, Axmetovun nəzarətində olan “Metinvest” şirkətinin mühafizəçiləri martın 13-də Donetskdə Ukrayna meyilli aksiyaçıları döyüblər. “Mən əminəm ki, separatçıların arxasında böyük pullar, Axmetovun pulları dayanır. Mən buna inanıram”, - deyə Qarmaş bildirib.