Ermənistan Prezidenti Serj Sərkisyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çanaqqala savaşının anma mərasiminə dəvətini ikinci dəfə rədd edib.
Axar.az xəbər verir ki, Sərkisyan Ərdoğanın dəvətini “boş və mənasız” adlandırıb:
“Bu dəvəti dar fikirli, boş və mənasiz hücum kimi qiymətləndirirəm. 100-cü ildönümü bütün gücümüzü istifadə etməklə gerçəkləşdirəcəyik. Çünki Türkiyə Çanaqqala döyüşünü yenidən gündəmə gətirərək qısa fikirli və mənfur rəftarını bir daha göstərmişdir. Mən göndərilən biçimsiz dəvəti alanda səhv qərar verməmək üçün Ərdoğana dərhal cavabımızı vermişdim. Burada bir daha söyləyirəm: Türkiyənin atdığı bu addımın eynilə soyqırımı inkar etmək kimi heç bir perspektivi yoxdur. Üstəlik, bu cür hücumlar Türkiyənin hüquqi məsuliyyətdən qaçmaq istədiyini də bir daha sübut edir”.