Türkiyə: “Sərkisyan ağzının danışığını bilmir”

31-01-2015, 18:57   


Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın Ermənistan Prezidenti Serj Sərkisyana cavab verib. Axar.az xəbər verir ki, prezidentin sözçüsü Sərkisyanı dövlət adamının ağzına yaraşmayan ifadələr işlətməkdə günahlandırıb: “Hörmətli Sərkisyanın bir dövlət adamının ağzına yaraşmayacaq ifadələrini eynilə özünə qaytarırıq. Sərkisyanın cənab prezidentin (Ərdoğanın) ünvanına işlətdiyi və diplomatik mədəniyyətə zidd ifadələrinin qəbul edilməsi mümkün deyil”. İbrahim Qalın Ermənistan rəhbərliyinin 2015-ci ildə Türkiyəyə və türklərə qarşı beynəlxalq bir kampaniya yaratmağa çalışdığını bildirərək diplomatik vərdiş sərhədlərini aşdığını qeyd edib. Xatırladaq ki, Sərkisyan "100-cü ildönümü Fəaliyyətlərinə Nəzarətə dair Dövlət Komissiyası"nın konfransında Çanaqqala döyüşünün anım mərasimlərinə Ermənistanın da dəvət edildiyini bildirərək, dəvəti “boş və mənasız” adlanıdırb: “Bu dəvəti dar fikirli, boş və mənasiz hücum kimi qiymətləndirirəm. 100-cü ildönümü bütün gücümüzü istifadə etməklə gerçəkləşdirəcəyik. Çünki Türkiyə Çanaqqala döyüşünü yenidən gündəmə gətirərək qısa fikirli və mənfur rəftarını bir daha göstərmişdir. Mən göndərilən biçimsiz dəvəti alanda səhv qərar verməmək üçün Ərdoğana dərhal cavabımızı vermişdim. Burada bir daha söyləyirəm: Türkiyənin atdığı bu addımın eynilə soyqırımı inkar etmək kimi heç bir perspektivi yoxdur. Üstəlik, bu cür hücumlar Türkiyənin hüquqi məsuliyyətdən qaçmaq istədiyini də bir daha sübut edir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.