Qloballaşma siyasətində Türkiyənin yeri

31-01-2015, 22:01   
Qloballaşma siyasətində Türkiyənin yeri

Qloballaşma, əsrimizin ən mühüm və müəyyən edici amillərindən biridir. Artıq hər bir sahədə qloballaşmanın təsirini hiss edirik. İqtisadiyyatda, idmanda, mədəniyyətdə, incəsənətdə və dövlətlərdə qloballaşma olduğu kimi siyasətdə də qloballaşmanın təsirini hiss edirik.

Yeni dünya sistemi, realizm, liberalizm, neo-liberalizm kimi fikirlər, günümüzün dünya qloballaşmasının yolunu tutmuşlar. Bu fikirlər fərqli anlayışlara malik olduqları kimi, beynəlxalq güc nisbətində fərqli nəticələrə səbəbdirlər. Əhəmiyyətli olan qazanılan bu nəticələrdən hansının bizim anlayış və mənafeyimizə müvafiq olmasıdır. Bu istiqamətdə müxtəlif dövlətlər fərqli nəticələrə nail olurlar. Və ya bu fikirlərin heç birini qəbul etmirlər.

Məlum olduğu kimi, soyuq müharibə dövrünün sona çatması və Sovet İttifaqının dağılması ilə, Amerika Birləşmiş Ştatları (ABŞ) dünya siyasətinin hegemon gücü olmuşdur. Və bu gücündən dünyanın hər yerində çəkinmədən istifadə etməyə başlamışdır. Məqsəd; ABŞ-ın bir dünyagörüşü formalaşdırmaq, gücünü dünya ölkələri üzərində möhkəmləndirməkdir. Ancaq gün keçdikcə ABŞ-ın qarşısına müxtəlif regional güclər çıxmağa başladı və bu da ABŞ-ın gücünün çox qütblü dünya sisteminə doğru dönməsinə səbəb olub.

Yaranan regional güclərdən ən əhəmiyyətliləri aşağıdakılardır:

Avropa Birliyi (Aİ)
Çin
Hindistan
Rusiya
İran
Bu dövlətlər öz aralarında əlaqəsi olan dövlətlərdir və ABŞ-ın müdaxiləsinin qarşısını almaqda, problemləri öz maraqlarına uyğun həll etməyə çalışırlar. (Məs: Rusiyanın Suriya məsələsindəki mövqeyi) .Beləliklə, bu ölkələrin təşəbbüsləri, yaxın gələcəkdə qlobal siyasətin gedişini müəyyənləşdirəcəkdir. Gələcəkdə isə bu qüvvələrə Türkiyə, Braziliya, Yaponiya kimi G20 ölkələrinin qatılacağı da düşünülərsə, dünya tamamilə çoxqütblü bir sistemə qovuşmuş olacaqdır. Çoxqütblülük dünyaya nə gətirir, nə aparır ? Bunu yaxın zamanda görəcəyik.

Bu sistem içərisində Türkiyə regional güc olma yolunda irəliləyir. Xüsusən Müsəlman bir ölkə olması, dünyanın 17-ci böyük iqtisadiyyatına sahib olması, demokratiyanı rəhbər tutması və daxili problemlərini həll etməsi ,ona regional güc olma yolunda böyük üstünlük verir. Ətraf ölkələrə də model olması, iqtisadi sahələrdə də münasibətlərini davam etdirməsi ,Türkiyənin sox tərəfli əlaqələr sahəsi yaratmasını təmin etmişdir. Son illərdə aparılan silsilə ixracatı da mədəni mənada bu ölkənin diqqət mərkəzində olmasını təmin etmiş, bu da turizm sahəsini hərəkətə gətirərək bir cazibə mərkəzi olmasını təmin etmişdir. Xüsusən bir milyon Suriyalıya sərhədlərini açması, İŞİD terrorundan qaçan İraq vətəndaşlarını qəbul etməsi bölgədə güc mərkəzi olduğunun göstəricisidir.

Həmçinin, Qəzza hadisələrində məzlumun yanında yer alınması, Əfqanıstan, Somali, Bosniya, Kosovo, Livan kimi ölkələrə əsgər göndərərək sülhə töhfə verməsi,Türkiyənin qlobal prosseslərin bir hissəsi olduğunun da göstəricisidir.

İspaniya və Türkiyənin başladığı "Mədəniyyətlər İttifaqı" layihəsi 2005-ci ildə ilk iclasını keçirmiş və beləliklə,sanki Türkiyə dünya ölkələrinə “oynananılan oyunlar içində mən də varam “ deyib. Ən son 2006-cı ilin Noyabırında İstanbulda keçirilən iclasda 97 ölkə nümayəndəsi iştirak etmiş, bu da layihənin funksional imkanını ortaya qoymuşdur. Həmçinin layihəyə Birləşmiş Millətlər Təşkilatı da dəstək verir. Bu layihə, Qərb ilə İslam ölkələri arasındakı problemlərin dini deyil, siyasi olduğunu bildirməkdə, ortaya çıxan düşmənçiliyin isə mədəniyyətlərarası hörmət çərçivəsində həll olunacağını bildirir. Alınan bu rol, qlobal siyasətə şərik olma yönündə çox əhəmiyyətlidir.

Türkiyənin, xüsusilə regional münaqişələrin aradan qaldırılmasında yumşaq güc istifadə etməsi nüfuzunu artırmış olub, bu gücün, hərbi güc, mədəni güc və iqtisadi güc kimi milli güc ünsürləri ilə dəstəklənməsi daha nəticə alıcı bir siyasət inkişaf etdirilməsini təmin edəcəkdir. Regional münaqişələrin aradan qaldırılmasında öz maraqları istiqamətində hərəkət etmək, nəticə verici strategiyaların inkişaf etdirilməsində əsas nöqtə olmalıdır. “ ABŞ nə deyər görəsən ?” məntiqi ilə hərəkət edərkən Türkiyə təşəbbüsü əlindən qaçırmaq, problemin həlli mərkəzi olmağı ümid etmədən problemin özü ola bilər. Həll mərkəzi olmaq üçün isə, problemin təhlilini çox yaxşı analiz etmək lazımdır və həll təklifləri bu dərin təhlillər nəticəsində inkişaf etdirilməlidir. Suriya nümunəsində olduğu kimi, tələsik yanaşmalarla problem həll etmək mümkün olmur. Hazırda Suriya münaqişəsində problemin bir qanadını da Türkiyə təşkil edirik. Çünki ölkə sərhədlərini aşan qaçqınlar problemi Türkiyənin daxilinə gətirmişlər artıq.

Türkiyə, regionundakı problemlərə göstərdiyi həssaslığı, dünyaya yayır. Qlobal siyasətin bir parçası olmaq amili də bunu tələb edir. Çin zülmü altında inləyən Uyğur Türkləri barədə dünya ictimaiyyətini hərəkətə gətirmək və Çin rəhbərliyinin zəifliklərini dünyaya göstərmək tədbirləri görməlidir. Eyni şəkildə Myanmada Buddistlərin şiddətli hücumlarına məruz qalan Müsəlmanlar üçün də oxşar tədbirlər görməlidir. Çünki digər ölkələr öz maraqları müzakirə mövzusu olduğu zaman bu cür tədbirləri almaqdan çəkinmirlər. Qlobal Siyasətdə rol almağın əsas şərti budur.

Türkiyə regional güc olmaq yolunda addımlamaqda davam edir .
Qonşularla sıfır problem siyasəti aparılaraq, regional güc olmaq çətindir. Ən əsası , əvvəl bölgədə problem çıxarıb, sonra o problemə həll variantı tapmaqdır. Məhz bu hərəkət tərzi Türkiyənin regional güc olmasına imkan yaradır.

Təbii ki, qlobal siyasətin oyunçusu olmaq üçün regional güc olmaq yetməz. Dünyanın hər yerindəki problemlərə qarşı bir həll yolu tapmalı və hətta problemlərin həlli məsələsində yuxarıda qeyd etdiyimiz addımlar atılmalıdır.

Araz Mehrəli Şiyəkəranlı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.