ABŞ-ın məxfi xidmətinin əməkdaşları Amerikanın prezidenti Barak Obamanın qızlarının avtomobil karvanını təqib edən sürücünü həbs ediblər.
Təqibçi avtomobil Ağ Evin girişinin yanında nəzarət buraxılış məntəqəsində saxlanılıb.
Xüsusi xidmət orqanının mətbuat katibi Corc Oqilvenin açıqlamasında həmin şəxsin 55 yaşlı Metyu Qoldsteyn (Mathew Goldstein) olduğunu bildirib. Metyu prezident qızlarını təqib etdiyinə görə ciddi cəzalanacaq.
Qoldsteynin avtomobilində axtarış aparılıb. Axtarış zamanı şübhəli olan heç bir əşyaya aşkar olunmayıb. Amma avtomobilin sahibində ABŞ Maliyyə Nazirliyinə icazə vərəqəsini tapılıb.
Qeyd edək ki, nazirlik Ağ Ev yaxınlığında yerləşir.