PA rəhbərinin sərəncamları ictimailəşdirilsə də, özü barədə yayılan məlumatlara aydınlıq gətirilmir
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev Xocalı faciəsi ilə bağlı tədbirlər planı barədə sərəncam imzalayıb. Ramiz Mehdiyev bundan əvvəl də 20 yanvarla bağlı sərəncam imzalamışdı. PA rəhbərinin sərəncamları ictimaiyyətə açıqlansa da, özü barədə yayılan məlumatlara heç bir aydınlıq gətirilmir.
Qeyd edək ki, Ramiz Mehdiyevin mərhum Heydər Əliyevin anım mərasimində görünməməsindən sonrd onun səhhətindəki problemlərlə bağlı ölkəni tərk etməsi barədə məlumat yayıldı. Həmin məlumatlarda deyilirdi ki, PA rəhbəri Almaniyaya müalicəyə gedib.
Bu xəbər rəsmi şəkildə təkzib olunmadı. Daha sonra Ilham Əliyevin iştirakı ilə keçirilən müşavirələrdə də Ramiz Mehdiyevi “gördüm” deyən olmadı. Bəzi məlumatlarda iddia olunur ki, Mehdiyev ölkəyə qayıtsa da, səhhətindəki problemlər üzündən işə çıxmır. Amma onun hələ də Almaniyada olduğu barədə də iddialar var. Prezident Administrasiyası isə hansısa səbəbdən bu məsələyə heç bir aydınlıq gətirmir.