Amerika KİV-i Obamanı mətbuatda söz azadlığına təzyiq etdiyinə görə qınayır
Amerika KİV-i ABŞ prezidenti Barak Obamanı və onun administrasiyasını mətbuatda söz azadlığına təzyiq etdiyinə görə qınayır.
ANS PRESS-in məlumatına görə, HBO kanalının aparıcısı Bil Maxer Obamanı ABŞ-ın ən pis prezidenti adlandırıb.
B.Maxer Obamanı KİV-ə ABŞ-ın bütün tarixi ərzində ən ağır təzyiq göstərən prezident kimi xarakterizə edib: "O, istənilən prezidentdən daha çox casusluq haqqında qanunu tətbiq etməyə çalışır. O, azad KİV-ə təsir göstərir".
Barak Obamanın ünvanına belə iddialar "Real vaxt" verlişində də səslənib. Britaniya jurnalisti Oliver Tikvell hesab edir ki, telekanalın bəyanatları ABŞ-ın informasiya siyasətinə uyğundur və onları razı salır. Jurnalistin fikrincə bu, sonda real müharibəyə gətirib çıxara bilər.
Qeyd edək ki, Obamanın "ən pis prezident" olduğu fikri ilk dəfədir ki səslənmir. Obama ABŞ konqressindəki son çıxışda ən aşağı reytinq yığıb. O, yalnız 31,6 mln insanın diqqətini cəlb edə bilib. Bu, ABŞ prezidentlərinin son 15 il ərzindəki çıxışları arasında ən az göstərici olub. Bundan öncə isə ən az uğur qazanan çıxış 2000-ci ildə Bill Klintona aid olub.
Mənbə
ANS PRESS