Deputatdan şok təklif: “Dağlıq Qarabağ Muxtar Vilayət statusu bərpa olunsun”

2-02-2015, 13:53   
Deputatdan şok təklif: “Dağlıq Qarabağ Muxtar Vilayət statusu bərpa olunsun”
“1992-ci ildə Dağlıq Qarabağın muxtar vilayət statusu Xalq Cəbhəsi hakimiyyəti tərəfindən ləğv olundu. Buna qarşılıq olaraq ermənilər “DQR”-i təbliğ edirlər, beynəlxalq aləmdə qəbul etdirə bilməsələr də”.

Deputat Zahid Orucu bunu hazırda davam edən Milli Məclisin iclasında dedi. Qeyd etdi ki, biz Dağlıq Qarabağla bağlı danışanda hüquqi bir ad tapa bilmirik: “Buna görə də Dağlıq Qarabağ Muxtar Vilayət statusu bərpa olunmalıdır”. Z.Oruc müharibə cinayətləri ilə bağlı məhkəmə qurulmasını da təklif etdi: “Bizə heç kim mane olmur ki, Sərkisyan və Köçəryanı mühakimə edək”. Amma deputat əlavə etdi ki, ermənilərə iki yol təklif etməliyik: cinayətkarlarına cəza, separatçılığa qurban verənlərə isə bağışlanma siyasəti yürütməliyik. Mən ermənilər üçün əfv mövqeyini tutmuram. Amma Azərbaycan üçün Rusiyanın Çeçenistan siyasəti lazımdır. Bizə də ermənilərin içindən çıxan Kadırovlar lazımdır”.

Birinci vitse-spiker Ziyafət Əsgərov isə aydınlıq üçün dedi ki, Dağlıq Qarabağ anlayışı beynəlxalq sənədlərdə çoxdan əksini tapıb: “Dağlıq Qarabağ və ona bitişik ərazilərin işğalı məsələsi bütün beynəlxalq təşkilatların sənədlərində qeyd olunub, onların icra olunmaması başqa məsələdir”.
Yeri gəlmişkən, Z.Oruc məhkum Lamiyə Quliyeva ilə bağlı məsələnin ölkə KİV-inin “gündəmini işğal etməsi”nə diqqət çəkdi. Burada xarici amillərin dayandığını vurğuladı: “Mən buna xüsusi qurulmuş, Azərbaycan ədliyyə sisteminin üzərinə gedilməsi üçün hazırlanan addım kimi dəyərləndirirəm”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.