Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Sərəncamda qeyd edilir ki, "Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsi yaradılsın. 2. Müəyyən edilsin ki, kiçik və orta sahibkarlığa dəstək məqsədi ilə Neftçala Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələri yaradılır. 3. Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini və tənzimlənməsini “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti həyata keçirsin. 4. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 4.1. Neftçala Sənaye Məhəlləsinin fəaliyyəti üçün 10 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 5. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi: 5.1. Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) təkmilləşdirilməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün; 5.2. Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili, tənzimlənməsi, inkişafı, istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin; 5.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin". 20:51 Prezident İlham Əliyev Azərbaycan Respublikasından olan iştirakçıların “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir: "Aşağıdakı şəxslər “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif edilsinlər: SSRİ Silahlı Qüvvələri sıralarında Böyük Vətən müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular və muzdla xidmət etmiş mülki şəxslər; Faşist işğalçılarına qarşı gizli mübarizə aparan şəxslər; Böyük Vətən müharibəsi dövründə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçular və muzdla xidmət etmiş mülki şəxslər; “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” və “Yaponiya üzərində qələbəyə görə” medalları ilə təltif olunmuş, həmçinin “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalının vəsiqəsi, yaxud müharibə iştirakçısı vəsiqəsi olan şəxslər; Böyük Vətən müharibəsi illərində fədakar əməyə görə SSRİ ordenləri, “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə”, “Əmək igidliyinə görə”, “Əməkdə fərqlənməyə görə”, “Leninqradın müdafiəsinə görə”, “Moskvanın müdafiəsinə görə”, “Odessanın müdafiəsinə görə”, “Sevastopolun müdafiəsinə görə”, “Stalinqradın müdafiəsinə görə”, “Kiyevin müdafiəsinə görə”, “Qafqazın müdafiəsinə görə”, “Sovet Zapolyaryesinin müdafiəsinə görə” medalları ilə təltif olunmuş şəxslər; “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalının vəsiqəsi olan şəxslər; “Blokadada olan Leninqrad sakininə” nişanı ilə təltif olunmuş şəxslər. Azərbaycan Respublikasının Nazirlər Kabineti: “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalının və onun vəsiqəsinin hazırlanması ilə əlaqədar tədbirlər görsün; Yubiley medalı ilə təltif olunacaq şəxslərin siyahılarının tərtib edilməsini və medalların təqdim olunmasını təmin etsin". - See more at: http://axar.az/news/42441#sthash.SgN0oumi.dpuf