Milli Məclisdə qalmaqal (VİDEO)

2-02-2015, 22:46   
Milli Məclisdə qalmaqal (VİDEO)

Bu gün parlamentarilər gündəlikdə olan bir çox məsələləri müzakirə etdilər. Amma daha çox diqqət mərkəzində təxminən bir aydır ölkə mətbuatının gündəmini zəbt etmiş mövzu olub. Bu, Şəmkir rayonun keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilən Lamiyə Quliyevanın həbsxanada gizlincə uşaq dünyaya gətirməsidir.

Necə ola bilər ki, dustaq qadın həbsxanada uşaq dünyaya gətirsin? Artıq bir neçə həftədir ki, ölkə gündəmini zəbt edən bu qalmaqal bu gün artıq Milli Məclisdə gündəmə gətirildi. Cinayətin üstünün açılmasını tələb edən millət vəkili İqbal Ağazadə emosional çıxışı ilə yadda qaldı. O vurğladı ki, Penitensiar xidmət haqqında qanunun tələblərinə görə, nikahdankənar heç kimlə görüşmək imkanı yoxdur. Necə olur ki, uşaq olub? Deputat Şəmkirin icra başçısı işləmiş Aslan Aslanovun oğlunun öldürülməsinə görə 10 il iş almış Lamiyə Quliyevaya həbsxanada daxili nizam intizamı pozmağa görə əlavə 5 il 6 ay cəza verilməsini görülməmiş hadisə, sifariş adlandırıb.

“O deyir ki, əlavə cəza alanda həbsxanaya köçürüləndə, orda məhbuslardan biri ilə münasibətdə olub. Bu necə ola bilər. Belə absurd fikirlər irəli sürülür”, – deyə millət vəkili İqbal Ağazadə bildirib.

Deputat Zahid Oruc isə tək Lamiyə işi ilə bağlı deyil, digər hallarda da Penitensiar xidmətə, ümumilkdə Azərbaycan məhkəmə-hüquq sisteminə qarşı qarayaxma kampaniyası aparıldığı düşüncəsindədir.

“Necə olur ki, bu məsələ QHT-lə əlaqədar cinayət işi həbslərdən sonra ortaya atıldı. Mən bunun Azərbaycana məhkəmə, ədliyyə sisteminə, Azərbaycana qarşı aparılan kampaniya hesb edirəm” – deyə millət vəkili Zahid Oruc bildirdi.

Vitse-spiker Bahar Muradova Azərbaycanda məhkəmə sisteminin ədalətsiz olması, onun fəaliyyətini şübhə altına alınması fkri ilə razılaşmayıb.

Məhkum Lamiyə Quliyevanın ötən ilin oktyabr ayında dünyaya gətirdiyi uşağı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirilib. Ombudsman aparatının əməkdaşları ilə söhbət zamanı Lamiyə heç kim tərəfindən zorakılığa məruz qalmadığını, öz istəyilə ana oldğunu deyib.

Bu qalmaqalla ANS-ə eksklüziv açıqlama verən Penitensiar xidmətin rəisi Mədət Quliyev Lamiyənin hamiləliyindən 5 aylığında xəbər tutduqlarını, atanın kimliyinin müəyyənləşdirilməsi üçün araşdırılma aparıldığını bildirmişdi.

“Lamiyə Quliyeva ilə uşağın atasının kimliyi haqda söhbətlər aparılır. Lamiyəyə heç bir təzyiq olunmayıb. Hazırda daxili araşdırmalar gedir. Uşağın atasının kimliyini müəyyənləşdirmək istəyirik ki, uşağın böyüməsində onun da rolu olsun. Körpənin atası müəyyən edildikdən sonra bununla bağlı hüquqi addımlar atılacaq” – deyə Mədət Quliyev qeyd etmişdi.

Xidmət rəisi məhkumların öz yaxınları, qohumları ilə görüşmək imkanın mümkünlüyünü, bu olayın isə şişirdildiyini, əslində Lamiyə Quliyevanın ana olmasında qeyri-adi heç nə olmadığını söyləmişdi.

28 saylı Lamiyə Quliyeva və keçmiş nişanlısı kimi təqdim edilən Vüqar Əliyev 2003-cü ildə Şəmkirin icra başçısı, sonradan kənd təsərrüfatı nazirinin müavini işləmiş Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirdiklərinə görə həbs olunmuşdular.

Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il həbs cəzası alıb. Həbsinin bitməsinə az qalmış Lamiyə barəsində 317-ci cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma maddəsi ilə cinayət işi başlanaraq cəzası 5 il 6 ay artırılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar