Böyük Britaniya qırıcıları tərəfindən saxlanılan Rusiya Hərbi Hava Qüvvələrinə məxsus bombardmançı təyyarədə nüvə silahı olub.
ANS PRESS-in məlumatına görə, bu barədə The Daily Express Böyük Britaniyanın Müdafiə Nazirliyindəki mənbəsinə istinadən xəbər yayıb.
Qəzet yazır ki, təyyarələrdən birinin göyərtəsində bir raket nüvə başlığı tapılıb. Bu nüvə başlığı Vanguard sinfindən olan sualtı qayığın məhv edilməsində istifadə olunur.
Məqalədə qeyd olunur ki, raketlə bağlı rus ekipaj üzvləri ilə danışıqlar haqda məlumatları Norveç tərəfi ələ keçirib. Bütün bunlar haqda baş nazir Devid Kemeron və müdafiə naziri Maykl Fellona məlumatlar verib.
Qeyd edək ki, Rusiyanın Tu-95 MC bombarmançı təyyarəsi Braitaniya sahillərində görünüb. Onların qarşısını almaq üçün ingilislər 2 Typhoon qırıcılarını havaaya qaldırıb.