Ukraynada qan su yerinə axır (VİDEO)

2-02-2015, 23:52   


Ukraynada qan su yerinə axır. Münaqişənin həlli yolu tapılmadıqca şərqi Ukraynada yaşayan insanlar hər ötən gün müharibənin dərinliyinə yuvarlanırlar. Ukraynalıların taleyi üzərində qurulan siyasət isə hələ də maraqlı dövlətlərin müzakirə obyektidir. Rusiya münaqişənin dərinləşməsində Amerikanı ittham edir.

Donetsk şəhərində mərmi və güllə səsləri susmaq bilmir. Ötən gün Ukraynanın şəqində gedən qızğın döyüşlərdə 24 saat ərzində həlak olanların sayı 23 nəfərə çatıb. Rəsmi Kiyev ölənlərdən 10-un dinc sakinlər olduğu barədə məlumat yayıb.

Ukraynada tanınmamış “Donetsk Xalq Respublikası”nın rəhbəri Aleksandr Zaxarçenko ümumi səfərbərlik elan edib.

ABŞ Administrasiyası Kiyevdə hakimiyyətin güc yolu ilə ələ keçirilməsi üçün heç bir yardımını əsirgəməyib. Rusiyanın birinci telekanalının məlumata görə, bu sözləri ölkənini xarici işlər naziri Sergey Lavrov deyib:

“ABŞ-ın Ukraynada dövlət çevrilişinə cəlb olunması faktı təsdiqlənib. Dövlətə qarşı çevrilən addımı prezident Obama hakimyyət dəyişikliyi kimi qələmə verib. Bu müsahibədə səsləndirilən ritorika onu təsdiq edir ki, Vaşinqton indiki Kiyev hakimyyətinin addımlarını dəstəkləmək niyyətindədir. Kiyevin niyyəti isə münaqişəni silah gücü ilə həll etməkdən ibarətdir”.

ABŞ prezidenti Obama CNC-nin verdiyi müsahibədə Ukraynada davam edən münaqişənin Putinin səhv addımlarının nəticəsi olduğunu bəyan edib.

BMT hesablamalarına görə, Ukraynanın şərqində münaqişənin başlandığı aprel ayından bu günə qədər 5100 nəfərdən çox insan öldürülüb, 900 minə yaxın insan məcburi köçkün düşüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.