Rusiyaya dəstək hakimiyyəti aciz vəziyyətdə qoydu

3-02-2015, 10:24   
Rusiyaya dəstək hakimiyyəti aciz vəziyyətdə qoydu
Bütün əsaslandırmalar özünüifşaya xidmət edir

Artıq elə bir məqam yetişib ki, hakimiyyət arqumentsizlikdən əziyyət çəkir. Demək olar ki, bütün ittihamlara eyni, təkrar cavablar verilir. Hakimiyyətin sonuncu biabırçı addımı yenə də Rusiya ilə bağlı oldu. Belə ki, AŞ PA-dakı səsvermədə Azərbaycan nümayəndə heyəti Rusiyanın leyhinə səs verdi.

Daha dəqiq ifadə etsək, işğala məruz qalmış ölkə işğalçını dəstəklədi. Bu həm Qarabağdan imtinanın, həm də demokratiyaya qarşı münasibətin göstəricisi idi.

Indi hakimiyyət bu biabırçı addımı əsaslandırmağa çalışır. Arqumentlər isə bundan ibarətdir ki, “Niyə Ermənistana sanksiya tətbiq olunmur”. Belə çıxır ki, dünyaya qarşı acıqlı olduqlarına görə Krımın işğal faktını danmağa da hazırdılar.


Təbii ki, gətirilən arqument çox əsassızdır. Çünki, həmin səsvermədə söhbət Qarabağdan yox, Ukraynadan gedir. Bu məntiqlə yanaşsaq, terrorizmi pisləyən hansısa bəyanatın da əleyhinə səs verilməlidir.

Digər tərəfdən, bu həmin Rusiyadır ki, Ermənistanı birmənalı və açıq şəkildə dəstəkləyir, tərəflər arasında 44 illik hərbi müqavilə var və Ermənistana milyardlarla yardım göstərir. Daha dərindən analiz edəndə belə məlum olur ki, Azərbaycan Qarabağı işğal edən ölkəyə ədalət tələb edir. Çünki, hökumət təmsilçiləri də zaman-zaman etiraf ediblər ki, Qarabağın açarı Rusiyanın əlindədir. YAP-çı deputat Siyavuş Novruzov isə bugünlərdə bildirdi ki, girov götürülmüş vətəndaşlarımız Dilqəm və Şahbazın azadlığı Rusiyanın əlindədir.

Yəni Rusiyanın Azərbaycan üçün taleyüklü hesab ediləcək bütün məsələlərdə birmənalı əngəl olduğu göz önündədir. Öz millətini və dövlətini sevən, normal bir hakimiyyət, Rusiyanın zəiflədilməsinin, əməllərinə görə cəzalandırılmasının tərəfdarı olmalıdır. Rusiya - 1 milyon məcburi köçkün, onminlərlə şəhid, 20 faiz itirilmiş ərazi deməkdir.

Azərbaycan hakimiyyəti isə bu qədər qeyri-standart yanaşmadan sonra, dünyanı ikili standartlarda ittiham edir.

Rusiya heç vaxt Qarabağ məsələsində mövqe nümayiş etdirməyib, torpaqların işağlını pisləyən bəyanat yaymayıb. Avropa Parlamenti isə Qarabağla bağlı 2 qətnamə qəbul edib.

Işğalçıya sığınıb, işğala qətiyyətli mövqe tələb etmək, arqumentsizliyin, acizliyin və qeyri-səmimiliyin göstəricisidir.

AŞ PA-dakı səsvermənin əsaslandırılması isə, daha da cılızlaşmağa xidmət edir.

Akif
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.