Masaj salonu adı altında fəaliyyətdə olan "faişəxanalar" kimin nəzarətindər?

3-02-2015, 11:06   
Masaj salonu adı altında fəaliyyətdə olan "faişəxanalar" kimin nəzarətindər?
Dosye.org xəbər verir ki, Bakı şəhərin mərkəzində masaj salonu adı altında faişəxana fəaliyyət göstərir. Bu barədə bizə məlumat verən mənbənin dediyinə görə, Səməd Vurğun 6-da "Ankara" kafesi kazino kimi və ona yaxın ərazidə Aristokrat, Viktoriya, Elit adı ilə hamam və masaj salonlarınin iş fəaliyyəti sakinləri narazı salır.

Belə ki, adları hallanan masaj salonlarına təşrif büyürən müştərilər "xanımlar" tərəfindən qarşılanır. Müştəri seçim etdikdən sonra otağa aparılır. Elə burdaca saat və intim söhbətləri "müqavilə" əsasında reallaşır.

Məlumatı tam dəqiqləşdirmək üçün əməkdaşımız yuxarıda göstərilən masaj salonların birində müştəri qismində araşdırmalara başlayıb. Və məlum olub ki, Aristokrat, Viktoriya və Elit adı altında fəaliyyət göstərən masaj salonları birbaşa faişəliyin inkişafına təkən verir. Bir faktı nəzərinizə çatdıraq ki, iyrənc xəstəliklərin yayılmasında biləvasitə "xitmətləri" olan faişələr sərbəst şəkildə çirkin əməllərini həyata keçirir. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, Yasamal rayonu İ.Səfərli küçəsi şəhərin mərkəzində yerləşir. Hüquq mühafizə orqanları əməkdaşlarının biganəliyi olduqca maraqlı və təəcüblü qarşılanır. Məsələ nəzarətə götürülərsə və faişələr ifşa edilərsə bu ən azından gələcəyimiz olan gənclərin sağlam yaşaması üşün önəmli amillərdən hesab edilməklə böyük alqışla qarşılanacaq. Eyni zaman da Dövlət və yerli özünüidarəetmə orqanları, vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər insan alverinə qarşı mübarizə aparan dövlət orqanlarına kömək göstərməlidirlər.

Dosye.org olaraq inanırıq ki, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, Vergilər Nazirliyi və digər qurumlar məsələni nəzarətə götürəcək. Araşdırmalarımız davam edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar