50 min erməniyə Rusiyaya giriş qadağan edilib

3-02-2015, 14:19   
50 min erməniyə Rusiyaya giriş qadağan edilib
Rusiyaya girişi qadağan edilən Ermənistan vətəndaşlarının sayı 50 minə çatır. Trend-in çərşənbə axşamı Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, hər gün 40-50 nəfər Rusiyaya qazanc üçün getmək məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edir.

Xidmətdən verilən məlumata görə, müraciətlərin 22-23 faizi müsbət cavablandırılır: "Qadağaya məruz qalanlar Rusiya qanunvericiliyini pozmuş miqrantlardır".

Qeyd edək ki, Rusiyaya girişi qadağan edilmiş Ermənistan vətəndaşları amnistiya və onların qazanc üçün getmələrinə yenidən icazə verilməsini istəyirlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar