Türkiyə ilə İran arasında uzun müddətdir dəyərləndirilməyən “Üçüncü sərhəd qapısı” üçün düstur tapılıb.
Axar.az xəbər verir ki, Türkiyənin Van vilayətində Qapıköy Sərhəd məntəqəsi ilə sərhəd zonada yaradılacaq keçid məntəqəsinin reallaşması üçün İran tərəfində 75 km yolun çəkilməsi məsələsi artıq həll olunmaq üzrədir.
Aparılan danışıqlar zamanı Tehran “siz çəkin, biz ödəyək” təklifini verib. Bu razılaşmadan sonra Türkiyə tərəfi İrandakı 300 milyon lirəlik (təxminən 97 milyon manat) yol üçün təcili tender elan edəcək.
Türkiyənin Gömrük və Ticarət naziri Nurəddin Canikli jurnalistlərə verdiyi açıqlamada razılaşma üçün bu gün İranda danışıqlar aparılacağını bildirib:
“Türkiyə ilə İran arasındakı “Üçüncü gömrük qapısı”nı reallaşdırmaq üçün görüşlər keçirəcəyik. Bunun üçün ilk növbədə İran tərəfində 75 kilometr yolun çəkilməsi lazımdır”.