ABŞ Administrasiyası 2016-cı ildə Cənubi Qafqaz ölkələrinə ayıracağı yeni maliyyə yardımı büdcəsini təqdim edib. Axar.az xəbər verir ki, sənəddə Ermənistan və Azərbaycana ayrılan maliyyə yardımı azaldılıb. Ermənistana ayrılan maliyyə yardımı 18,35 milyon dollar təşkil edib. Bu da keçən ilə nisbətdə 2 milyon dollar az olub. Ermənistan mətbuatı məbləğin təsdiqlənəcəyi təqdirdə onun tarix boyunca İrəvana ayrılmış ən aşağı göstərici olacağını bildirib. Sənəddə Azərbaycana təqribən 8 milyon, Gürcüstana isə 50,5 milyon dollar olacağı göstərilib. Beynəlxalq hərbi təhsil və təlim üçün isə Vaşinqton Azərbaycan və Ermənistana 600 min dollar, Gürcüstana 2,2 milyon dollar ayırmağı nəzərdə tutub.