ABŞ-da çıxan “Washington Post” qəzeti "əl-Qaidə" terror təşkilatı ilə İŞİD-i müqayisəsini aparıb.
Musavat.com-un məlumatına görə, qəzet təşkilatların oxşar və fərqli cəhətlərini analiz edib.
İŞİD-in "Vilayət modeli" və "əl-Qaidə"nin şöbələri
Qəzet yazır: “”İslam Dövləti” geridə qoyduğumuz aylar içərisində əlindəki əraziləri genişləndirmək üçün maraqlı yol seçib. "Vilayət modeli" ilə genişlənməyə çalışan İŞİD Əlcəzair, Liviya, Berkə, Tripoli, Fizan vilayətləri, Sina vilayəti, Səudiyyə Ərəbistanda Harameyn vilayəti, Yəmən vilayəti və Xorasan vilayətlərində təşkilatlara malikdir. Məlum olduğu kimi, "əl-Qaidə" ərəb yarımadası "əl-Qaidə"si, hind yarımadası "əl-Qaidə"si və s. kimi şöbələrə ayrılırdı.
"Əl–Qaidə" ilə İŞİD-in genişlənmə modeliylə bağlı “kilid” bir fərq var. Əl-Qaidə şöbələrinə bu missiyanı yükləyir: “Mürtəd” ərəb rejimlərini dəstəkləyən Qərb ölkələrinə hücum təşkil etmək və yıxılması “qənimət” olan ərəb rejimləri ilə vuruşmaq. İkinci məqsəd yalnız Yəməndə əməli surətdə həyata keçirildi".
[img]http://anaxeber.info/uploads/posts/2015-02/1423011938_n00239593-b.jpg[/im
//musavat.com/
İŞİD-in əsl hədəfi...
Qəzet yazır ki, İŞİD-in əsl dərdi heç də savaşmaq deyil. Təşkilatın əsl dərdi xilafət qurmaqdır: "İŞİD də təşkilata qoşulanlara Qərbi hədəfə almasını tapşırır və bu baxımdan "əl-Qaidə" ilə eyni planı bölüşür. Ancaq İŞİD-in əsl dərdi kiminsə hədəfə alınmasından çox öz xilafətini qurmaq, hakimiyyət və nüfuz dairəsini genişləndirməkdir. İŞİD-in bu baxımdan daha açıq bir gündəliyi və modeli var. Bu, "əl-Qaidə"nin xarici siyasətindən ciddi fərqlənir. "Əl-Qaidə" hakimiyyət və nüfuzdan çox mübarizəni hədəf alır".
İŞİD-in mətbuat siyasəti
“Washington Post” yazır ki, İŞİD kütləvi informasiya vasitələrindən aktiv istifadə edir və təşkilat bu yolla öz təbliğatını aparır: "Əl-Qaidə və İŞİD arasında digər fərq isə mətbuatdan istifadə tərzidir. İŞİD sosial şəbəkədə, mətbuatda daha aktivdir. İstər düşmənlərə, istərsə də üzvlərinə qarşı daha aktiv təbliğat aparır. "Əl-Qaidə" isə KİV-dən ancaq hansısa terroru üstlənəndə istifadə edir. İŞİD təşkilatı hətta zəif olduğu bölgələrdə də KİV vasitəsiylə özünü güclü göstərir".
Gülnar