Tərtər rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılan şəxs intihar edib. Tərtər rayon Polis Şöbəsindən APA-nın Qarabağ bürosuna verilən xəbərə görə, narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Ağdam rayon sakini, 1982-cil il təvəllüdlü Dünyamalıyev Səbuhi Zamin oğlu saxlanıldığı kamerada özünü asıb. Faktla bağlı araşdırma aparılır.