Kürd başqanın qızı Suriyada öldürüldü

7-05-2014, 15:26   
Kürd başqanın qızı Suriyada öldürüldü
Diyarbəkirin mərkəz Çermik mahalı BDP Mahal Başçısı Haşim Dəmirkolun 23 yaşındakı qızı Helin Dəmirkolun Suriyada öldürüldüyü xəbəri yayılıb. BDP Çermik ilçə başqanının qızı Helin Dəmirkolun Suriyada kürdlərin yaşadığı və “Rojava” olaraq tanınan Kobanidə PKK tərəfində döyüşərkən Əl Qaidə ilə əlaqəli İraq Şam İslam Dövləti (İŞİD) milisləri ilə yaranan qarşıdurmada öldürüldüyü bildirilib. Qeyd olunur ki, öldürülən Çermik BDP Mahal başçısı Haşim Dəmirkolun qızı Helin Dəmirkolun cənazəsi sərhəddən keçirilərək Türkiyədə dəfn ediləcək. Digər tərəfdən təxminən 4 gündən bəri Kobaninin ətrafını cənub, şərq və qərb olmaq üzrə üç qoldan əhatə edən İŞİD xadimləri ilə şəhəri müdafiə etməyə çalışan PKK arasında çox şiddətli qarşıdurmalar yarandığı, hücumlarda hər iki tərəfin tanklardan və digər ağır zirehli texnikalardan istifadə etdiyi bildirilir. Xatırladaq ki, daha öncə 3 may 2014-cü il tarixində Diyarbəkirin mərkəz Sur mahalı Bələdiyyə başçısı BDP-çi Seyid Narının 22 yaşındakı oğlu Əli Narının da Suriyada İŞİD ilə girdiyi qarşıdurmada öldürüldüyü irəli sürülmüşdü.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.