Penitensiar Xidmətin Qadınlar üçün 4 saylı Cəzaçəkmə Müəssisəsində (CM) övladı ilə birgə məhbus həyatı yaşayan məhkumların sayı 6-dır.
Report.az-ın xəbərinə görə, onlar CM-də digər qadın məhbuslardan ayrı - ikiotaqlı kamerada saxlanılır. Hər otaqda üç nəfər qadın məhkum öz uşağı ilə qalır.
Şəmkir rayonu İcra Hakimiyyətinin sabiq başçısı, kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanovun oğlunu öldürməkdə ittiham olunan, sonradan isə cəzası artırılan Lamiyə Quliyevadan başqa digər uşaqlı qadınlar ailəlidir. L.Quliyeva istisna olmaqla uşaqlı qadınlardan yalnız biri subay olub. Belə ki, o, övladı olandan bir müddət sonra kişi məhkumlardan biri ilə nikaha girib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, uşaqlar üç yaşınadək məhbus anaları ilə CM-də qala bilər.