İranlı alim Ayətullah Cəfər Sübhaninin Azərbyacan dilinə tərcümə edilmiş “Vəhhabilik Cərəyanı” kitabı Türkiyəni ayağa qaldırıb.
Bu barədə GUNXEBER.COM-a Türkiyədən verilən məlumata görə, vəhhabiliyin tənqid edildiyi kitabda Əbu Bəkr və Ömər pis qələmə verilib.
Türkiyənin İslami çevrələrdə ən tanınmış internet xəbər saytı olan islahhxeber.net buna görə Qafqaz Müsəlmanları İdarəsinin Allahşükür Paşzadəni hədəf alıb.
Məlumatda Allahşükür Paşazadənin sünnilərin məscidində həmin kitabın məcbur oxudulması göstərişi verdiyi və məqsədin İranın sifarişi ilə sünnilərin hörmət etdikləri Əbu Bəkr və Öməri gözdən salmaq olduğu qeyd edilib.
Xəbərdə həmçinin bildirilir ki, yaxın vaxtlarda İstanbuldakı Sultan Ahmed məscidində A.paşazadə əleyhinə mitinq keçiriləcək. Bununla bağlı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana da müraciət olunacağı bildirilir.
İslahhaber.net-də yazılanlarla bu keçiddən tanış ola bilərsizniz:
http://www.islahhaber.net/azerbaycandatartismalikitap.html