Prezidentin beyninin tomoqrafiyasını həyata keçirmək lazımdır
ABŞ kəşfiyyatının Rusiya prezidenti Vladimir Putin barədə apardığı təhqiqatların nəticəsi barədə məlumatlar yayılıb.
ANS PRESS-in məlumatına görə, Pentaqonun hazırladığı iddia olunan təhqiqatda Putinin psixi xəstə olduğu vurğulanır. Belə ki, Putinin öz iradəsində asılı olan və olmayan davranışların böyük hissəsi özünümüdafiə hissinin yüksək olması ilə izah olunub.
Məlumatda deyilir ki, 2000-ci ildə başlanan araşdırmalar Putində “Asperger sindromu” adlanan psixi xəstəliyin olması ehtimalının yüksək olduğunu üzə çıxarıb.
Məxfi sənədlərin birində Putinlə bağlı araşdırma aparan mütəxəssislərdən biri olan Brend Konnorsun dedikləri yer alıb: “Böyük ehtimalla Rusiya prezidentində patoloji psixi pozulmalar ana bətnində olarkən aldığı zədə nəticəsində yaranıb. Daha dəqiq diaqnoz üçün beynin tomoqrafiyasını həyata keçirmək lazımdır".
Mənbə
ANS PRESS