Komitə ləğv edildi: Qərib Məmmədov yoxlanılır – Rəsmi

6-02-2015, 13:37   

Prezident sərəncamı ilə ləğv olunmuş komitənin fəaliyyəti təftiş olunmağa başlanıb.

Axar.az xəbər verir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbəri Qərib Məmmədovun işi araşdırılır.

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. Palatanın mətbuat xidmətindən “Modern.az”a bildirilib ki, kollegiya iclasında dövlət büdcəsindən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və tabeliyində olan qurumlara ayrılan vəsaitlərin istifadəsinə, həmçinin büdcədənkənar vəsaitlərin formalaşması və istifadəsinə dair audit tədbirinin nəticələri barədə hesabat və rəy müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatın verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumuna göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.