Öcalan İmralı heyəti ilə görüşündə HDP-nin seçkilərə partiya olaraq getmək qərarını dəstəkləyib
PKK lideri Abdullah Öcalan partiyasının on faizlik baryeri keçəcəyinə əmindir. Bu barədə HDP həmsədri Səlahəddin Demirtaş mediaya açıqlamasında bildirib.
Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, A.Öcalan HDP-nin 7 iyun 2015-ci ildə Türkiyədə keçiriləcək parlament seçkilərinə müstəqil namizədlər yerinə, partiya halında qatılmaq qərarını dəstəkləyib.
Partiyanın həmsədri Səlahəddin Demirtaş bildirib ki, A.Öcalan seçkilərə namizədlərin ayrılıqda getməsinə tərəfdar deyil. O, fevralın 4-də Öcalanla görüşdüyünü deyib.
Həmçinin qeyd edib ki, PKK lideri HDP-nin partiya olaraq seçkidə iştirakına tərəfdar olduğunu vurğulayıb. Öcalan on faizlik baryerin problem olmadığını və daha çox faizlik yer qazana biləcəklərini qeyd edib.
Röya