III Dünya Müharibəsi Kalininqraddan başlayacaq

7-05-2014, 17:13   

Yuri Felştinski adlı tarixçi məsələ ilə əlaqədar öz fikrini bölüşüb
Rusiyanın mayın 5-də Litva ilə 2001-ci ildə bağladığı “Regionda etibarın artırılması haqqında” memorandumu birtərəfli qaydada ləğv etməsindən sonra qarşı tərəfin rəsmi strukturları və tarixçilərindən narahat dolu bəyanatlar səslənməkdədir.

Litva Müdafiə Nazirliyinə müvafiq nota həftəninin birinci günü təqdim olunmuşdu.

Məsələ ilə əlaqədar xüsusi bəyanat yayan Litva Müdafiə Nazirliyi vurğulayıb ki, Rusiyanın bu addımı anlaşılan deyil:

“Litva həmişə sənədin şərtlərinə əməl edib ki, Rusiyanın belə addımlarına imkan yaranmasın. Moskvanın bu addımı növbəti dəfə göstərir ki, Rusiya Avropanın ümumu təhlükəsizliyində maraqlı deyil”.

Qeyd edək ki, Yuri Felştinski adlı tarixçi də məsələ ilə əlaqədar öz fikrini bölüşüb. Onun sözlərinə görə, İkinci Dünya Müharibəsində hərbi mütəxəssis deyil, bir tarixçi kimi iştirak edib: “Mənə nədənsə elə gəlir ki, Rusiya iki cəbhədən - Cənubdan (Krım istiqamətindən) və Qərbdən (Kalininqrad istiqamətindən) hücuma hazırlaşır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.