Gəncənin icra başçısına kimlər torba tikdi və onun pulunu necə mənimsədilər - Elmar Vəliyev də öz planını qurur…

6-02-2015, 17:28   
Gəncənin icra başçısına kimlər torba tikdi və onun pulunu necə mənimsədilər - Elmar Vəliyev də öz planını qurur…
Gəncənin icra başçısına kimlər torba tikdi və onun pulunu necə mənimsədilər
DİA.AZ: - Gəncənin icra başçısı Elmar Vəliyevlə bağlı ilginc məlumatlar əldə etmişik. Bəri başdan bildirək ki, artıq ayrı-ayrı məmurların, nüfuzlu şəxslərin öz yerlərinə varis hazırlama planları sanki bir ənənə halını alıb ki, bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmır.

Məsələn, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovu bir siyasi fiqur kimi tanıtdırma cəhdləri naminə milyonları havaya sovurduğu bir faktdır. Elə az əvvəl xəbər portallarının biri deputat Əsabil Qasımovun da eyni qaydada övladı naminə hərəkətə keçməsi barədə informasiya yayıb.

İndi isə redaksiyamız Gəncə ŞİH başçısının «varsi planı» üzərində ciddi şəkildə işlədiyini iddia edir. Belə ki, DİA.AZ-a məlumat verən Nazirlər Kabinetindəki mötəbər mənbə iddia edir ki, Elmar Vəliyev öz oğlunu heç də öz yerinə hazırlamır. Özü vəzifədə olmaqla yanaşı, oğlunu da yüksək vəzifədə görməyi planlaşdıran Elmar Vəliyevin müəyyən «gözaltı» etdiyi mənsəblər də var.

Məlumatlı mənbənin iddialarına görə, məhz bu səbəbdən Elmar Vəliyev oğlunun gələcək karyerası naminə xəsisliyi ağlının ucundan da keçirtmir və bu məqsədlə böyük pullarından keçməyə də hazırdır. Keçir də. Bunu da mənbə dia.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, artıq Gəncənin icra başçısının oğlu Elmir Vəliyev “Avropa Gənclər Paytaxtı - 2016” İctimai Birliyinin sədridir. Elmir Vəliyevi bu təşkilatı ilə ilk əvvəl ictimai, ardından da siyasi fiqura çevirməyi qət edən Elmar Vəliyev bu günlərdə demək olar ki, fırıldağın qurbanı olub.
Əslində bunun adına fırıldaq demək olmaz. Hər halda, atalarımız «varlığa nə darlıq» deyiblər və Elmar Vəliyev də oğlu Elmir Vəliyevin piarının təşkili məqsədilə həmin pulları könüllü olaraq verib.

Beləliklə məlumatlı mənbənin iddialarına görə, bu günlərdə bəzi xəbər portallarında «Elmir Vəliyevin Avropanın aparıcı “Diplomatiya və mədəniyyət” jurnalında məqaləsi çap olunub» başlığı ilə verilən xəbərlər əslində Elmar Vəliyevə təxminən külli miqdarda pula başa gəlib. Hələlik həmin məbləğin qədərini öyrənə bilməsək də, xəbəri verən qaynaq iddia edir ki, Elmar Vəliyev Bakıdakı araçıların biri ilə oğlunun məqaləsini çap etdirib və buna görə ciddi pul da ödəyib. Amma maraqlı orasıdır ki, həmin pul elə Bakıdakı araçı tərəfindən mənimsənilib. Çünki redaksiyaya buna görə hansısa vəsaiti ödəməyə ehtiyac belə olmayıb.

Hər halda, Elmar Vəliyevin bir atak imi təşəbbüsləri, həyəcanı anlaşılandır. Amma anlaşılmayanı belə bir mənsəb sahibinin rahatlıqla aldanmasıdır…

Bütün bu iddialarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə və mövqeyini işıqlandırmağa hazırıq…
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.