Vladimir Putin raketləri döyüşə hazırlıq vəziyyətə gətirdi
Risiyanın 6 regionunda səyyar ballistik raket qurğuları döyüş vəziyyətinə gətirilib.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin Strateji Raket Qüvvələri üzrə nümayəndəsi polkovnik İqor Yeqorov məlumat verib.
Onun sözlərinə görə, söhbət “Topol”, “Topol M” və “Yars” mobil raket qurğularından gedir.
O, qış patrul xidmətinin müddəti bu il təqribən 1 ay uzadılacağını deyib və həmin regionların adını açıqlamayıb.
Mənbə
ANS PRESS