Rusiyada bu insanlara xəbərdarlıq edildi

6-02-2015, 18:44   
Rusiyada bu insanlara xəbərdarlıq edildi
Artıq qəzet köşklərinin təqribən 40 faizi bağlanıb
Rusiyada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin (KİV) əksəriyyəti bağlana bilər.

ANS PRESS-in "İnterfaks"a istinadla verdiyi məlumata görə, bunu Moskva Jurnalistlər İttifaqının sədri Pavel Qusev bu gün Moskva Dövlət Universitetinin jurnalistika fakultəsində keçirilən konfransda deyib.

O bildirib ki, ilin sonunadək hökumətin KİV-lərlə bağlı düşünülməmiş qərarlarına görə, Rusiyadakı mövcud kütləvi informasiya vasitələrinin təqribən 20 faizi bağlana bilər. Təkcə son 3,6 il ərzində "KİV Haqqında" qanuna zidd olan 100-ə yaxın düzəliş qəbul edilib.

Onun sözlərinə görə, bir neçə regionda mətbuata abunə 80-90 faiz aşağı düşüb. Nəticədə abunə ilə yaşayan bir çox regional qəzetlər fəaliyyətini dayandırıb. Həmçinin son ilyarım ərzində qəzet köşklərinin təqribən 40 faizi bağlanıb.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar