“Mən bu məsələni amerikalı deputatdan öncə söyləmişəm. Onda da qeyd etmişdim ki, ruslar Qarabağ situasiyasını Ukraynada tətbiq etməyə çalışırlar. Ancaq bunun nə zaman baş tutacağı və yaxud sülh sazişinin reallaşıb-reallaşmayacağı hələlik məlum deyil”.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vəfa Quluzadə deyib.
Onun sözlərinə görə, Qərbin Rusiyaya tətbiq etdiyi təzyiqlərin nəticəsi göz qabağındadır:
“Rusiya sanksiyaların və neftin qiymətinin kəsin düşməsi nəticəsində hazırda çox pis vəziyyətə düşüb. Eynilə Ukrayna da bu vəziyyətdədir. Real olan odur ki, Rusiya ordusu Ukrayna ordusundan qat-qat güclüdür. Ukraynada heç ordu da olmayıb. Çünki Sovet İttifaqı dövründə Ukrayna Rusiyanın bir hissəsi olub. İndi Putin Ukraynanı darmadağın etməklə hədələyir. Hazırda vəziyyət belədir. Görək hansı razılığa gələcəklər. Olland və Merkel Putinlə o ki var razılığa gəlməyə çalışacaqlar. Nəticələri gözləməliyik. Hər şey bu axşam məlum olacaq. O ki qaldı razılığın əldə olunmasına, bu, elə qeyri-mümkün bir şey deyil. Ancaq hər nə olursa-olsun, Rusiyaya qarşı sanksiyalar aradan qalxmayacaq. İnanmıram ki, Putin Ukrayna və Qərbi təmin edən bir varianta razılıq versin. Əgər Qərb Ukraynanı xilas etmək üçün bu ölkə ilə bərabər Putinin şərtlərini qəbul etsə, sonradan bu, yenə pozulacaq və müharibə yenidən qızışacaq. Buna görə də vəziyyət hələ çox kövrəkdir”.
Xatırladaq ki, Ukrayna hökumətilə separatçılar arasında imzalanmış Minsk razılaşmasının müddəalarına toxunan və adını açıqlamayan diplomat ABŞ-ın Nyu York Tayms qəzetinə “bu, sülh planı yox, Ukraynada yeni Dnesteryanı və ya Abxaziya yaratmaq üçün bir yol xəritəsidir”,