“Ukraynaya eyni anda həm Olland, həm Merkel, həm də Kerrinin gəlməsi Qərbin yol ayrıcında olmasını əks etdirir”. Axar.az xəbər verir ki, bu açıqlama ilə ukraynalı politoloq Sergey Taran çıxış edib. O, pərdəarxası danışıqların hansı məcrada getməsi haqqında ictimaiyyətə az məlumat verildiyini bildirib: “Merkel və Olland Putinlə danışıqlara getmək üçün sonuncu şanslardan istifadə etdilər. Bu, yol ayrıcıdır və burada hansı yolun dalınca getmək istədiyini bilmirsən. Putinə çox güman ki, Ukraynanın federalizasiyası və Kiyevin NATO-ya girməməsi təklif ediləcək. Bəlkə Rusiyaya qarşı sanksiyalar da müzakirə obyekti oldu. Putin üçün bu, müəyyən müddətlik barışdan daha sərfəlidir”.