Rusiya hərbi təyyarəsi Avropaya həyacanlı anlar yaşatdı

7-02-2015, 00:18   
Rusiya hərbi təyyarəsi Avropaya həyacanlı anlar yaşatdı
NATO qırıcıları Baltik dənizinin üstündə İl-38 Rusiya təyyarəsini ələ keçirmək üçün havaya qaldırılıb.

ANS PRESS-in məlumatına görə, bu haqda Twitter-də Latviya Silahlı Qüvvələrinin nümayəndəsi xəbər verib.

"NATO-nun Baltik dənizi üzərində hava məkanının mühafizəsini aparan Typhoon təyyarələri İl-38 Rusiya təyyarəsini ələ keçirmək üçün havaya qaldırılıb", ‒ deyə xəbərdə bildirilib.

2014-cü ildə NATO-un qırıcıları Baltikyanı ölkələrin sərhədlərinin yanında uçmuş Rusiya hərbi bortlarının müşaiyəti məqsədilə təxminən 150 dəfə havaya qalxıb.

Bu arada Rusiya Müdafiə Nazirliyi vurğulayıb ki, Rusiya Federasiyasının hava və dəniz hərbi gəmiləri Baltikdə qonşu dövlətlərin sərhədlərini pozmur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar