“Rusiya Prezidenti Vladimir Putin anlayır ki, onun imkanları sonsuz deyil və Ukrayna ətrafında vəziyyət yalnız hərbi metodlarla həll edilə bilməz".
Axar.az xəbər verir ki, bu barədə Putin, Merkel, Olland və Poroşenkonun görüşünü şərh edərkən ukraynalı diplomat Boqdan Yaremenko deyib.
Yaremenko Putinin artıq siyasi vəziyyətdən çıxış yolunu fikirləşdiyini bildirib:
“Putin bir sıra təkliflər alıb, bu səbəbdən də siyasi vəziyyətdən çıxış yolu barədə düşünür. Faktiki olaraq Ukrayna ilə gizli razılaşma ola bilər. Ancaq Merkel və Olland Putinin bu cəhdi ilə razılaşmır. Bizim avropalı dostlarımız öz daxili iclaslarını bizə görə təxirə salırlar. Bu çox yaxşı haldır”.