Bütün neft ölkələri benzini vətəndaşa ən ucuz qiymətə satır
Konstitusiyada “Hakimiyyətin mənbəyi xalqdır” yazılsa da, reallıqda Azərbaycan vətəndaşlarının heç bir hüququ yoxdur. Mövcud hakimiyyət uzun illər ərzində təsdiqləyib ki, hakimiyyətin və dövlətin mənbəyi bir qrup məmurdur.
Hakimiyyətin xalqa münasibəti o qədər aşağı səviyyədədir ki, ölkədə istehsal olunan məhsullar ölkə vətəndaşına ən baha qiymətə satılır. Eyni məhsul qonşu ölkələrə ən aşağı qiymətə satılır.
Məsələn, benzinin ən ucuzu Venesuelada, ən bahalısı isə Norveçdə satılır. Benzinin litri Rusiyada 53 sent, Belarusda 77 sent, Qazaxıstanda 82 sent, Gürcüstanda 94 sent, Azərbaycanda 96 sentdir.
Neftin dəyərdən düşməsi neft məhsullarının, o sıradan avtomobil benzininin də xeyli ucuzlaşmasına səbəb olub. Ölkələrdəki müxtəlif qiymətlər əsas götürülməklə, aparılan hesablamaya görə, dünyada bir litr benzinin orta qiyməti 1,04 dollar səviyyəsinə enib.ÿ
“Globalpetrolprices.com” saytının məlumatında qeyd edilir ki, son aylarda benzin ucuzlaşsa da, ölkələrdə avtomobil yanacağının qiymətində kəskin fərq var. Varlı və idxalçı ölkələrdə benzinin qiyməti yüksək, neftlə zəngin ölkələrin əksəriyyətində isə aşağıdır.ÿ
Məsələn, Suriyada benzinin qiyməti 5 sent, Liviyada 12 sent, Səudiyyə Ərəbistanında 15 sent, Türkmənistanda 21 sent, Küveytdə 22 sent, Iranda 24 sentdir.ÿÿ
Inkişaf etmiş ölkələr arasında ən ucuz benzin isə ABŞ-da satılır. ABŞ-da benzinin litri orta hesabla 60 sentdir.ÿ
Bəzi ölkələrdə benzinin qiyməti bazarda sərbəst qaydada formalaşır. Bir sıra ölkələrdə, o sıradan Azərbaycanda isə qiyməti hökumət müəyyənləşdirilir.ÿ
Yuxarıda göstərilən rəqəmlərdən də aydın görünür ki, müsəlman ölkələrinin əksəriyyətində benzin olduqca ucuz satılır. Hətta bəzi neft istehsal etməyən ölkələrdə də benzinin qiyməti Azərbaycandan ucuzdur.
ABŞ və digər inkişaf etmiş ölkələrdə əhalinin yaşayış səviyyəsi, əmək haqları, sosial vəziyyət yüksək olsa da, benzinin qiymətini qaldırmaq zərurəti hiss edilmir.
Azərbaycanda isə sosial vəziyyətin, əmək haqlarının hansı səviyyədə olması məlum faktdır. Digər tərəfdən, Azərbaycan neftlə zəngin ölkədir. Belə bir reallığın əhatəsində vətəndaşa ən yüksək qiymətə benzin satmaq, vətəndaşa ən aşağı səviyyədə qiymət verməkdir.
Sanki hakimiyyət bütün vasitələrlə vətəndaşa zərbə vurmağın yollarını axtarır.
Dünyadakı nümunələr də göstərir ki, neft istehsal edən ölkələrin vətəndaşa yanacağı ucuz satmaq imkanı var.
Onu da qeyd edək ki, bu yalnız benzinlə bağlı məsələ deyil. Azərbaycanda bankların əksəriyyəti hakim elitaya məxsusdur. Amma hakimiyyət Belarusa krediti 0.01 fazilə verdiyi halda, ölkə vətəndaşına 20-30 faizlə verir.
Bunlar üçün hakimiyyət-xalq birliyi xalqı daha çox hakimiyyətdən asılı vəziyyətdə saxlamaq anlamına gəlir.
Akif